Qoşquların, yarımqoşquların üzərində furqon banların çənlərin və digər xüsusi avadanlıqların quraşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
– qoşqunun (yarımqoşqunun) eninə olan qabarit ölçüləri, tam kütləsi qoşqunun (yarıqoşqunun) əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır:
– çən, furqon, digər aqreqat və avadanlıqlar qoşquya (yarımqoşquya) standart bağlayıcı detallarla bərkidilməlidir (təhlükəli mayelər üçün nəzərdə tutulan çənlər xüsusi tələblərə uyğun olmalıdır);
– qoşqu yol hərəkəti qaydalarına uyğun işıq əksetdiricilərlə və əlavə sığorta trosu və ya zənciri ilə təmin olunmalıdır.