Yol-nəqliyyat hadisələri barədə məlumatlar əvvəlcə iş kitabına, sonra isə “Yol-nəqliyyat hadisələrinin qeydiyyatı kitabı”na qeydə alınır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Hadisə barədə məlumatlar nizami polis hissəsinin komandirinə və DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə təqdim edilir. Bu, hadisələrin düzgün qeydiyyatını təmin edir və hadisənin nəticələrinə əsasən müvafiq tədbirlərin görülməsinə imkan verir.