Qatar biryollu və ya ikitərəfli avtomatik bloklaması olan mənzillərdə düzgün olmayan dəmir yolu ilə göndərilərkən də əmrlər tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Yol vərəqəsi stansiya növbətçisinin qatar dispetçerindən aldığı əmrlə verilir. Əmr məzmununda mənzilin baş yolunun qatarlardan boş olduğu təsdiq edilir. Bu əmrlə, qatar göndərilməyə icazə verilir. Əmrlər yazılı şəkildə təsdiq olunur. Bu qayda avtomatik bloklamanın bərpası və təhlükəsiz hərəkətin təmin edilməsi üçün tətbiq edilir.