Aktiv təsiredici SUBSTANSİYA

18 Aprel 2025, 01:02

Validasiya  hər hansı prosedur, proses, avadanlıq, material, fəaliyyət və ya sistemin həqiqətən nəzərdə tutulmuş nəticələr verdiyinin EİT prinsipləri əsasında təsdiqinə dair fəaliyyətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Aktiv təsiredici substansiya  xəstəliklərin müalicəsi, diaqnostikası, zəiflədilməsi və ya qarşısının alınması, həmçinin orqanizmin struktur və funksiyasına təsir edən, farmakoloji fəallığa malik və ya digər birbaşa təsir göstərən, dərman formasının istehsalı üçün nəzərdə tutulan və istehsal edildikdən sonra dərman vasitəsinin aktiv təsiredici substansiyasına çevrilən hər hansı maddənin və ya maddələrin qarışığıdır.