Azərbaycanəsilli rejissor və ssenarist Ruslan Şahmalıyev bu gün 88 yaşında Rusiyada vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Ruslan  Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin rejissoru olub.
O, “Azərbaycanfilm” və “Azərbaycantelefilm” kinostudiyalarında kinorejissor kimi fəaliyyət göstərib.