Tikinti işlərinin yerinə yetirilməsi layihəsi, eləcə də tikinti-quraşdırma işlərinin texnologiyasına dair həlləri özündə əks etdirən digər sənədlər podratçı tərəfindən təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Tikinti işlərinin yerinə yetirilməsi layihəsi aşağıdakı hallarda tam həcmdə hazırlanmalıdır:

– şəhər ərazisində tikinti aparıldıqda;

– fəaliyyət göstərən müəssisələrin ərazisində tikinti aparıldıqda;

– tikinti işləri mürəkkəb təbiət və geoloji şəraitlərdə, habelə mürəkkəb texniki tikinti obyektləri inşa edildikdə.