Əvvəl saxlanılan və ya bu istiqamətdə hərəkət edən digər qatar mənzilə göndərildikdə yarım avtobloklamanın işi bərpa olunur və həmin qatar icazəvericilərdən biri ilə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Çıxış qrup işıqforları olduqda qatarların göndərilməsi çıxış işıqforunun icazəverici göstəricisi və qatarın göndərilməsinə icazə verilən yolun nömrəsinə müvafiq olaraq üzərində yaşıl rəngli rəqəm olan marşrut göstəricisi üzrə yerinə yetirilir. Qrup işıqforlarının marşrut göstəriciləri nasaz olduğu hallarda qatarların stansiyadan göndərilməsi maşinistə stansiya növbətçisi tərəfindən bu Təlimatın 5 nömrəli əlavəsindəki 2-ci cədvəlin 7.1-ci bəndi ilə müəyyən edilmiş məzmunda əmr və ya lokomotivin maşinistinə ikinci bəndi doldurulmuş DU-52 blankı verilməklə açıq çıxış qrup işıqforu üzrə yerinə yetirilir. Qrup çıxış işıqforunun marşrut istiqamət göstəricisinin (ağ rəngdə) nasazlığı baş verdiyi hallarda qatarların göndərilməsi bu Təlimatın 2.64-cü bəndinin tələblərinə uyğun olaraq yerinə yetirilir. Göndərilməyə hazır olan aparıcı lokomotivi icazəverici göstəricisi olan çıxış işıqforunun arxasında yerləşdikdə və maşinist onun göstəricisini görmədikdə qatarın göndərilməsi stansiya növbətçisi tərəfindən maşinistə verilən bu Təlimatın 5 nömrəli əlavəsindəki 2-ci cədvəlin 12.1-ci bəndinin tələblərinə uyğun olaraq qeydiyyata alınan əmr və ya ikinci bəndi doldurulmuş DU-52 blankının əsasında yerinə yetirilir.