Əlavə rabitənin jezlləri və aparatları, mənzilin aparatları ilə eyni seriyaya və yazılara malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Mənzilin stansiyaları əlaqələndirən aparatlar cütündə, mənzildə qatarlar olmadıqda jezllərin sayı cüt olur. Stansiyanı postla əlaqələndirən aparatlarda isə tək olur. Bilavasitə stansiyalar arasında hərəkət edən qatarların hərəkətində köməkçi post iştirak etmir. Birləşmə yoldəyişənləri müəyyən asılılıqlarla təchiz edilir. Götürülmüş jezlin post növbətçisində olmadığı hallarda, yoldəyişənlər çevrilmir.