Marşrut işıqforu nasaz olduqda qatar yalnız xüsusi icazə ilə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu icazə Təlimata uyğun verilir. Qatar yalnız çıxış və ya növbəti marşrut işıqforuna qədər hərəkət edə bilər. İcazəsiz hərəkətə yol verilmir. İdarəetmə aparatında uyğunsuzluq olduqda əlavə yoxlamalar aparılır. Bütün qərarlar qatar dispetçerinin göstərişi ilə verilir.