Yol-nəqliyyat hadisəsi baş verdikdə, məsul növbətçi hadisə yerinə ərazidə xidmət aparan əməkdaşları göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Əməliyyat-istintaq qrupunun gəlməsinə qədər hadisə yerində zərər çəkənlərə tibbi yardım göstərilir və izlərin qorunması təmin olunur. Yanğın baş verərsə, yanğından mühafizə orqanları hadisə yerinə çağırılır. Nəqliyyat vasitələri və şəxsi əmlakın qorunması üçün tədbirlər görülür.