Podratçı layihə əsasında tikinti obyektinin oxlarının yerləşdirilməsi sxemlərini, bu oxların və montaj səmtlərinin bağlanma nişanlarını, eləcə də konstruksiyaların və onların elementlərinin naturada verilmiş ox və səmtlərinə nisbətdə yerləşməsi sxemlərini hazırlamalıdır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Sxemlər elə hazırlanmalıdır ki, naturada verilmiş oxlar və səmtlər tikintinin bütün mərhələlərində konstruksiya elementlərinin yerləşmə dəqiqliyi yoxlanılarkən müşahidələr üçün əlverişli olsun.