Mənzildə blok sahələr faktiki boş olduqda, ardıcıl yerləşən iki və ya daha çox işıqforda qadağanedici göstərici müşahidə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu halda, qatar dispetçeri avtomatik bloklamanın işini dərhal dayandırır. Qatarların hərəkəti bundan sonra yalnız telefon əlaqəsi vasitəsilə müəyyən edilir. Avtomatik bloklamanın nasazlığı aşkar edildikdə əlavə tədbirlər görülür. Maşinist, yaxınlıqdakı stansiyanın növbətçisinə və ya qatar dispetçerinə məlumat verir. Arxadan gələn qatarların maşinistləri də eyni şəkildə xəbərdar edilir.