Sifarişçi tikintini həyata keçirmək məqsədilə müqavilə əsasında tikinti işlərinin mövcud qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinə podratçını (baş podratçını) cəlb edir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti fəaliyyətinin subyektləri (sifarişçi, podratçı, layihəçi) tikintiyə görə fərdi məsuliyyət daşıyan aşağıdakı şəxsləri sərəncamverici sənədlər (əmrlər) əsasında təyin edirlər:
– sifarişçi – texniki nəzarətin məsul nümayəndəsini;
– podratçı (baş podratçı) – işlərin məsul icraçısını;
– layihəçi – tələb olunduğu hallarda müəllif nəzarətinin məsul nümayəndəsini.
Qeyd olunan məsul şəxslər Məcəllənin 51-ci maddəsinə uyğun olaraq tikinti fəaliyyətinin peşə sahələri ilə bağlı xüsusi tələblərə cavab verməli və peşəkarlıq səviyyəsinin müvafiq peşə standartlarının tələblərinə uyğunluğunu və peşə yararlığını təsbit edən peşəkarlıq sertifikatına malik olmalıdırlar.