Ucarda kanalda meyit tapıldı

18 Aprel 2025, 15:22

Ucarda kanaldan meyit tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Rəstəcə kənd sakini, 64 yaşlı Ələkbər Saleh oğlu Əliyevin meyiti kanaldan aşkarlanıb.

Meyit sudan çıxarılıb.

Mərhumun yaxınlarının dediyinə görə, Ə. Əliyev ruhi xəstə olub və ötən gün axşamdan yoxa çıxıb.

Meyit bu gün çoban tərəfindən su kanalında aşkar edilib.

Fakt araşdırılır.