Mərkəzi pultdan yoldəyişəni çevirmək mümkün olmadıqda, qatar dispetçeri yoldəyişənin müayinəsi və nasazlığın aradan qaldırılması üçün müvafiq işçini göndərir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Əgər xarici müayinə ilə yoldəyişənin çevrilməməsi səbəbi aşkar edilə və aradan qaldırıla bilməzsə, qatar dispetçeri yoldəyişəni digər vəziyyətə çevirərək qatarların marşrutlar üzrə buraxılmasını dayandırır və təmir üçün müvafiq bölmələrin işçilərini çağırır. Zəruri hallarda, yoldəyişənin çevrilməsi yerli idarəetmə pultundan yerinə yetirilir və ya stansiya ehtiyat idarəetməyə verilir. Əgər yoldəyişəni, o cümlədən yerli və ya ehtiyat idarəetmə pultundan çevirmək mümkün deyilsə, yoldəyişən əl ilə idarəetməyə verilir və bu, qatar dispetçerinin əmri əsasında rəsmiləşdirilir.