Yük avtomobillərinə yük qaldırıcı bortların, bucurqadların, hidravlik kranların, betonqarışdırıcı qurğuların, beton nasoslarının və s. quraşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
– qoşqunun (yarımqoşqunun) eninə olan qabarit ölçüləri, tam kütləsi qoşqunun (yarıqoşqunun) əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır:
– çən, furqon, digər aqreqat və avadanlıqlar qoşquya (yarımqoşquya) standart bağlayıcı detallarla bərkidilməlidir (təhlükəli mayelər üçün nəzərdə tutulan çənlər xüsusi tələblərə uyğun olmalıdır);
– qoşqu yol hərəkəti qaydalarına uyğun işıq əksetdiricilərlə və əlavə sığorta trosu və ya zənciri ilə təmin olunmalıdır.
Belə qurğuların avtomobilə quraşdırılması istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəyinə uyğun zavod və ya müvafiq təmir bazası olan nəqliyyat müəssisəsi şəraitində aparılmaqla, onun dayanıqlığı təmin edilməlidir.