Bununla belə izolyaziya edilmiş yoldəyişən sahəsinin nasazlığı və ya onun göndərilən qatarın başı ilə tutulu olduğu hallarda çıxış işıqforunun açılması üçün “Göndərilmə marşrutlarında izolyasiya edilmiş yoldəyişən sahələrinin boş olduğuna nəzarətin ayrılması (açılması) düyməsi”ndən istifadə oluna bilər (olduqda).
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Göndərilən qatarın başı çıxış işıqforunun arxasında yerləşdikdə və onu açmaq mümkün olmadıqda bloklamanın işi dayandırılır, qatarın göndərilməsi maşinistə yol vərəqəsi verilməklə telefon əlaqəsi vasitəsilə yerinə yetirilir. Mütəşəkkil göndərilmə marşrutu olmayan dəmir yolundan qatarların göndərilməsi həmin tələblərə uyğun olaraq yerinə yetirilir. Biryollu və ikiyollu mənzillərdə (düzgün dəmir yolu ilə) qatarların mənzildən göndərilmə stansiyasına geriyə qayıtmaqla göndərilməsi, maşinistə bağlı çıxış işıqforunu keçib-getməyə və geriyə hərəkət etməyə hüquq verən jezl-açar verməklə çıxış işıqforunun qadağanedici göstəricisi ilə yerinə yetirilir. Bununla belə biryollu mənzillərdə, sonradan geriyə qayıtmaqla qatar mənzilə göndərilməzdən əvvəl qonşu stansiyadan blok-aparat vasitəsilə qatarın göndərilməsinə razılıq alınmalı və ya blok- sistem hərəkətin müvafiq istiqamətinə dəyişdirilməlidir.