Avtomatik bloklamanın nasazlığı və qatar dispetçer rabitəsinin fasiləsi zamanı telefon əlaqəsinə keçid həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Biryollu mənzillərdə, nasazlığı aşkar edən stansiya növbətçisi qonşu stansiya ilə telefon danışıqları aparır. O, “stansiyaları arasında avtomatik bloklama işləmir…” məzmunda qatar telefonoqramı göndərir. Qonşu stansiyanın növbətçisi isə mənzilin boş olduğunu təsdiq edərək cavab telefonoqramı ünvanlayır. Bu üsul vasitəsilə qatarların hərəkəti barədə dəqiq məlumat əldə olunur. Coxyollu mənzillərdə isə analoji tələblərə uyğun qatar telefonoqramları mübadilə edilir.