Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü R.Əliyev kənd ərazisindəki fermada dəm qazından boğulub.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.