Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü R. İmanov hadisə yerində ölüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.