Hidravlik kranın qülləsi hərəkət zamanı tərpənməməsi üçün bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Avtomobillərdə xarici işıq cihazlarının və dövlət qeydiyyat nişanlarının üstü örtülməməli, görünməsi təmin edilməlidir. Bu vaxt aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:
– eninə olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;
– quraşdırılmış avadanlıq zavod istehsalı olmalı və avtomobilə etibarlı surətdə bərkidilməlidir.
Avtomobillərin mühərriklərinin və banlarının dəyişdirilməsinə gəlincə, bu növ yenidən quraşdırmalar əsasən istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəylərinə uyğun olaraq aparılır (mühərriklərin gücləri, qabaritlər və digər texniki göstəricilər uyğun gəlirsə, təhlükəsizliyi təmin edirsə və s.) .