Köməkçi postla xidmət edilən birləşməyə qatar göndərilərkən stansiya növbətçisi, qatarın göndərilməsini qonşu stansiya növbətçisi ilə razılaşdırır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Post növbətçisi və qonşu stansiyanın stansiya növbətçisi qatarın göndərilməsi barədə telefonla məlumatlandırılır. Qatar köməkçi posta gəldikdən və birləşmə dəmir yoluna verildikdən sonra yoldəyişən normal vəziyyətə qoyulur. Post növbətçisi birləşməyə gələn qatarın jezlini aparata qoyur. Hər iki stansiyanın stansiya növbətçisinə qatarın gəlmə vaxtı və baş yolun qatardan boş olduğu barədə məlumat verilir. Sonra isə postun jezl rabitəsi ilə birləşmiş stansiyanın stansiya növbətçisi jezli əlavə aparatdan götürüb əsas aparata qoymaq üçün icazə verir.