Qrup işıqforu nasaz olduqda qatarların göndərilməsi yalnız stansiya növbətçisinin əmri ilə mümkündür.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

İcazə DU-54 blankı ilə də təsdiq oluna bilər. Bu hal Təlimatın 2.48 və 2.49-cu bəndlərinə əsaslanır. Növbətçi hərəkətə başlamazdan əvvəl vəziyyəti dəqiqləşdirməlidir. Mənzil boş olmalıdır. Bütün əmrlər qeydiyyata alınır.