Roma Papası vəfat etdi

21 Aprel 2025, 12:26

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə  Vatikan məlumat yayıb.

Roma Papası 88 yaşında vəfat edib.

Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.

Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.

Qeyd edək ki, ənənəvi olaraq papa Vatikan qrotlarında – Müqəddəs Pyotr kilsəsinin altındakı kriptalarda dəfn edilir. Roma Papası Fransisk vəsiyyət edib ki, onu Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn etsinlər. Kilsə dörd əsas papa bazilikasından biridir.

Yeddi papa – 1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər – orada dəfn ediliblər.