Layihə sənədləri 30 gün ərzində Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Əgər layihə sənədləri standartlara uyğun deyilsə, düzgün hazırlanmayıbsa və ya çatışmazlıqlar varsa, bu sənədlər geri qaytarılır. Sənədlərin razılaşdırılmaması, nəqliyyat vasitələrinin istismarına icazə verilmeməsinə səbəb olur. Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmayan sənədlərlə nəqliyyat vasitələrinin qeydiyyatı da həyata keçirilmir. Bu proseslər, nəqliyyat vasitələrinin təhlükəsiz və qanuni şəkildə istifadəyə verilməsini təmin etmək məqsədini güdür. Nəqliyyat vasitələri yalnız müvafiq sənədlər razılaşdırıldıqdan sonra istifadə edilə bilər. Sənədlərin geri qaytarılması layihənin çatışmayan cəhətləri göstərilməklə olur. Düzəlişlər edildikdən sonra layihə yenidən nəzərdən keçirilməlidir.