“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovdan yeni xəbər var.

Heftelik.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, tikinti maqnatının oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə  Şahid Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən(MTK) birinin sədri olub.
Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub.
Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var. İstintaqın genişlənəcəyi, MTK-nın digər rəsmilərinin də istintaqa cəlb ediləcəyi də istisna deyil.

Qeyd edək ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.

O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu.