Növbətçi işçilər tərəfindən xidmət edilməyən bölmə məntəqələrində yoldəyişənlərə baxış keçirilməsinə və zərurət yaranarsa onların çevrilməsinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq keçən qatarların lokomotiv briqadaları cəlb edilə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

İzolyasiya edilmiş yoldəyişən sahəsinin nasazlığı zamanı yoldəyişən yanlış tutulu göstərdikdə, o müvafiq qrupu yerli idarəetmə pultundan çevrilir. Bu vəziyyət həmçinin stansiya ehtiyat idarəetməyə verilə bilər. Qatar dispetçeri nasazlıq baş verdiyi halda qatarı həmin dəmir yoluna qəbul etmir. Qəbul edilməsi üçün qatar dispetçeri faktiki boş olan dəmir yolunu müəyyən etməli və bu əmri qeydiyyata almalıdır. Yoldəyişənin yanlış tutulu göstərilməsi halında bu proses yerinə yetirilə bilər.