Fəaliyyət göstərən istehsalat obyektlərinin ərazisində tikintiyə başlanılması üçün hazırlıq işlərinin aparılması zamanı sifarişçi və podratçı tikintinin rəhbərini təyin edirlər.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti-quraşdırma işlərinin həcmi, texnoloji ardıcıllığı, yerinə yetirilmə müddəti, eləcə də tikinti-quraşdırma işlərinin yenidən qurulan müəssisədə istehsalat sexlərinin və sahələrinin işi ilə uyğunlaşdırılması şərtləri müəyyən edilir və razılaşdırılır.