Qatarın postdan stansiyalardan birinə göndərilməsi postla jezl əlaqəsi ilə birləşmiş stansiyanın stansiya növbətçinin icazəsi ilə yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Stansiya növbətçisi göndərilmənin mümkünlüyünü əvvəlcədən qonşu stansiyanın stansiya növbətçisi ilə razılaşdırır. Jezli çıxarır və onu əsas aparatdan əlavə aparata qoyur. Jezl sistemində buraxılma qabiliyyətinin artırılması üçün yol postlarının açıldığı mənzillərdə qatarların hərəkəti müəyyən tələblərə uyğun yerinə yetirilir. Elektrojezl sistemi nasaz hesab edilir, əgər mənzilin boş olduğu hallarda jezli aparata qoymaq mümkün deyilsə. İnduktorun dəstəyini əks istiqamətə fırlatmaq mümkün olduğu halda da elektrojezl sistemi nasaz sayılır.