Köməkçi maddələrin xüsusiyyətlərinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Köməkçi maddələr aktiv təsiredici substansiya olmayan, təhlükəsizliyi tədqiq edilmiş, təsiredici maddənin hədəfə çatdırılma məqsədilə dərman vasitəsinin tərkibinə aşağıda göstərilənlərə əsasən daxil edilir:
– dərman vasitəsinin istehsalı zamanı daşınmanın təmin edilməsi üçün kömək;
– stabilliyin, biomənimsənilmənin və ya qəbul edilmənin asanlaşdırılması, qorunması, dəstəklənməsi və ya gücləndirilməsi;
– məhsulun identifikasiyasına yardım ;
– dərman vasitəsinin saxlanması və ya istifadəsi zamanı onun təhlükəsizliyinin və effektivliyinin hər hansı göstəricisinin gücləndirmək.