Mənzildə ayrılması nəzərdə tutulmuş qoşquda iki və daha çox özügedən xüsusi hərəkət tərkibinin jezl-açarla göndərilməsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qatarın hərəkət edəcəyi yer birinci (qatarın hərəkəti istiqamətində) yol postunun (blok postun) arxasında yerləşdikdə, həmin post növbətçisi qarşıdakı mənzil boş olduqda maşinistə keçid işıqforunun qadağanedici göstəricisini keçib-getməyə və sonradan geriyə qayıtmağa hüquq verən birinci bəndi doldurulmuş DU-52 blankını verir. Qatarın hərəkət yolu boyu yerləşən digər postların növbətçiləri həmin tələblərə uyğun fəaliyyət göstərirlər. Qatar göndərilmə stansiyasına geriyə qayıtdığı hallarda bu Təlimatın 4.34- cü bəndində nəzərdə tutulmuş postları dayanmadan keçir və giriş işıqforunun icazəverici göstəricisində və ya giriş işıqforunun qadağanedici göstəricisində daxil olmaq hüququ verən icazə ilə stansiyaya qəbul edilir. Post (blok-post) növbətçiləri telefonla qonşu bölmə məntəqələrinin növbətçilərinə qatarın faktiki keçib-getməsi barədə məlumat verirlər.