Tam həcmdə hazırlanan tikinti işlərinin yerinə yetirilməsi layihəsinə nələrin daxil olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Tam həcmdə hazırlanan tikinti işlərinin yerinə yetirilməsi layihəsinə aşağıdakılar daxildir:

– tikinti obyektində işlərin təqvim üzrə yerinə yetirilməsi planı (qış mövsümü də daxil olmaqla);

– tikinti ərazisinin baş planı;

– inşaat konstruksiyalarının, materiallarının, məmulat və avadanlığın obyektə daxil olması qrafiki;

– işçilərin obyektdə hərəkəti qrafiki;

– inşaat texnikasının obyektdə hərəkəti qrafiki;

– iş növlərinin yerinə yetirilməsinə dair texnoloji xəritələr;

– geodezik nişanların yerləşmə sxemləri;

-geodeziya işlərinin yerinə yetirilməsinə, müvəqqəti su, istilik, enerji təchizatı şəbəkələrinin quraşdırılmasına, tikinti meydançasının və iş yerlərinin işıqlandırılmasına dair həlləri; işlərin təşkilinin mobil formalarının tətbiqi üzrə əsaslandırmaları və tədbirləri; iş və istirahət rejimlərini; enerji resurslarına olan tələbatı; inşaatçılar üçün şəhərciklərin və mobil (inventar) binaların inşası zərurətini; tikinti meydançasına gətirilmiş məmulatın, materialların, konstruksiya və avadanlığın qorunub saxlanmasına üzrə tədbirləri; ətraf mühitin qorunması, əməyin mühafizəsi və tikintidə təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirləri; texniki-iqtisadi göstəriciləri özündə əks etdirən izahat yazısı.