Blok-sahə tutulu olduğu hallarda, qatar çıxış və ya keçid işıqforunun icazəverici siqnalının qarşısında dayanır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Qatar, keçdikdən sonra maşinist stansiyada hərəkətə başlamaq üçün növbətçinin əmri gözləyir. Maşinist dərhal dayandırmağa hazır olmalı və xüsusi sayıqlıqla idarə etməlidir. Hərəkət ümumi dəmir yollarında saatda 20 km/saat, qeyri-ümumi dəmir yollarında isə 15 km/saatla məhdudlaşdırılır. Daha sonra, qatar hərəkətini işıqforların göstəricilərinə uyğun davam etdirir. Bu tədbirlər təhlükəsiz hərəkəti təmin etmək məqsədilə görülür.