Avtomatik bloklama nasaz olduqda, mənzilin qəbulu və göndərilməsi əməliyyatlarını yerinə yetirən işçilər qatar dispetçerinin göstərişi ilə növbəni qəbul edir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Telefon əlaqəsinə keçid edilənə qədər, qatar dispetçeri mənzilin boş olduğunu müəyyən etməlidir. Stansiyalar ehtiyat idarəetməyə verilə bilər, və qatarın hərəkəti telefonla idarə edilir. Qatar dispetçeri avtobloklamanın işləmədiyi mənzillərdə hərəkət istiqamətini dəyişdirə bilər. Əgər avtobloklamanın istiqamətini dəyişdirmək mümkün olarsa, qatar dispetçeri hərəkətə icazə verir. Bu tədbirlər dispetçer mərkəzləşməsi tərəfindən izlənilir və idarə olunur.