Elektrojezl sistemindən istifadə dayandırılır və qatarların hərəkəti telefon əlaqəsi vasitəsilə müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qatarların hərəkəti zamanı əlaqə növünə keçirimə və əsas əlaqə növünün bərpa edilməsi, qatar dispetçerinin stansiya növbətçiləri vasitəsilə yerinə yetirilir. Jezl telefon rabitəsi nasaz olduqda qatarların hərəkəti elektrojezl sistemi ilə yerinə yetirilir. Danışıqlar isə qatar dispetçer rabitəsi ilə aparılır. Jezl aparatlarına texniki xidmət göstərildikdə, elektrojezl sisteminin fəaliyyətinin dayandırılması tələb olunmur. Telefon əlaqəsinin nasaz olduğu hallarda, qatar dispetçeri nasazlığı aşkar etdikdən sonra qonşu stansiyanın stansiya növbətçisinə məlumat verir.