Düz istiqamətdə irəliləmək və sağa dönmək üçün nizami duruşda sol qol yana qaldırılır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Sağ qol, sinə önündə dirsək çiyin səviyyəsində bükülür, jezl isə sol istiqamətdə üfüqi vəziyyətə gətirilir. Daha sonra, jezl açılır və çiyin səviyyəsində saxlanılır. Sol əlin barmaqları birləşdirilir, əlin içi irəli, sağ əlin içi isə aşağı yönəldilir. Bu vəziyyət, əsgərin sağa dönməsi və irəliləməsi üçün istifadə edilir.