Yarımavtomatik bloklama zamanı çıxış və ya keçid işıqforunun icazəverici göstəricisi mənzilin qatarla tutulmasına icazə verir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Biryollu sahələrdə çıxış işıqforunu açmaq üçün qatar göndərilən qonşu stansiyanın stansiya növbətçisindən əvvəlcədən blok-aparat vasitəsilə razılıq bloklama siqnalı alınmalıdır. Blok-sistem hərəkət istiqamətinə uyğun keçirilməlidir.

Stansiya növbətçisi qatarı qəbul etməzdən əvvəl qəbul marşrutunu hazırlayır və giriş işıqforunu açır. İcraçı posta sərəncam verilməsi və ya giriş işıqforunun açılması barədə icra tədbirləri həyata keçirilir. Gələn qatar giriş işıqforunu keçdikdən sonra həmin işıqfor avtomatik bağlanılır.