Hissələrlə hazırlanan tikinti işlərinin yerinə yetirilməsi layihəsinə nələrin daxil olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Hissələrlə hazırlanan tikinti işlərinin yerinə yetirilməsi layihəsinə aşağıdakılar daxildir:

– tikinti ərazisinin baş planı;

– ayrı-ayrı iş növlərinin yerinə yetirilməsinə dair texnoloji xəritələr (sifarişçi ilə razılaşdırmaqla);

– geodezik nişanların yerləşmə sxemləri;

– ətraf mühitin qorunması, əməyin mühafizəsi və tikintidə təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirləri özündə əks etdirən izahat yazısı.