Sifarişçi tikinti obyektinə və ya işlərin müəyyən mərhələlərinə dair təsdiq etdiyi tikinti layihəsini (işçi layihəsi də daxil olmaqla) podratçıya (baş podratçıya) təqdim edir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Podratçıya təqdim olunan tikinti layihəsi elektron formada hazırlanmalı və onun tərkibi və bölmələrinin məzmunu Məcəllənin 83-cü maddəsinə, habelə tikinti obyektlərinin, o cümlədən magistral boru kəmərləri (su, kanalizasiya, qaz, neft kəmərləri və s.) və kommunikasiyalarının (elektrik, rabitə xətlərinin və s.) layihələndirilməsi və tikintisi üzrə texniki normativ hüquqi aktların (Azərbaycan Respublikasında qüvvədə olan Tikinti Normativ sənədlərinin Siyahısı) tələblərinə cavab verməlidir.