Qatar stansiyaya gəldikdən sonra jezl-açarı stansiya növbətçisinə qaytarılır, o isə jezl-açarı aparata taxır və telefonla qatarın geriyə qayıtması barədə qonşu bölmə məntəqəsinin növbətçisinə məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Jezl-açarı çıxarmaq mümkün olmadıqda, həmçinin blok-aparat jezl-açarla təhciz edilmədikdə qatarların sonradan mənzildən göndərilmə stansiyasına qayıtmaqla göndərilməsi, bloklamanın işi dayandırılmaqla telefon əlaqəsi vastəsilə yerinə yetirilir. Belə hallarda qatarlar çıxış işıqforunun qadağanedici göstəricisində maşinistə yol vərəqəsi verilməklə göndərilir. İkiyollu mənzildə qatarın gedəcəyi yer ön hissədə yerləşən blok-postun arxasında olduqda göndərilmə stansiyasının stansiya növbətçisi qatarın maşinistinə blok-postadək hərəkətə icazə verən yol vərəqəsini verir, blok-postun növbətçisi isə postlararası mənzil boş olduqda sonrakı hərəkət üçün qatarın maşinistinə yol vərəqəsi verir. Qatarın geriyə qayıtması bu Təlimatın 4.34-4.36-cı bəndlərinin tələblərinə uyğun olaraq yerinə yetirilir.