Mənzildə avtomatik bloklamanın nasazlığı barədə məlumat alan stansiya növbətçisi dərhal tədbir görür.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qatarların həmin mənzilə göndərilməsi dayandırılır. Çıxış işıqforu qadağanedici vəziyyətə gətirilir. Qatarların maşinistləri radiorabitə vasitəsilə çağırılır və məlumatlandırılır. Eyni zamanda, qatar dispetçerinə və aidiyyəti orqanlara xəbər verilir. Baxış jurnalında müvafiq qeydlər aparılaraq əməliyyat sənədləşdirilir.