Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli  bildirib ki, qəza nəticəsində iki avtomobil toqquşub və nəticədə iki sərnişin ölüb.

“Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, – o bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 23.04.2025-ci il tarixində saat 17:50 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (1-i uşaq olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.