Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.

Bu növ yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində (stansiyalarında) aparılmalıdır. Həmin texniki təmir sahəsi (stansiyası) quraşdırma işlərini texniki tələblərə uyğun aparılmasını və təhlükəsiz işləməsini təmin etməlidir.