Yolların və yoldəyişənlərin elektrik izolyasiyası olmayan stansiyalarda, qatar giriş işıqforunu keçdikdən sonra stansiya növbətçisi siqnal düyməsini bağlı vəziyyətə qoyur.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Qatarın stansiyaya tam tərkibdə gəlməsinə əmin olduktan sonra stansiya növbətçisi göndərilmə stansiyasına gəlmə bloklama siqnalı verir.
Həmin stansiyanın stansiya növbətçisi qatarın gəlmə vaxtı barədə telefonla məlumatlandırılır. İtələyici lokomotivlə hərəkət edən qatarın gəlməsinə əmin olduqdan sonra göndərilmə stansiyasına gəlmə bloklama siqnalı verilir.
Stansiya növbətçisi qatarın gəlməsinə əvvəlcədən əmin olmadıqda, gəlmə bloklama siqnalı vermək qadağandır. Bu, təhlükəsiz hərəkətin təmin edilməsi məqsədini güdür.