 Stansiya növbətçisi qatarın tam tərkibdə gəlməsinə əmin olduqda, sonuncu quyruq vaqonunda siqnal olduğuna görə bunu şəxsən və ya digər işçilərlə təsdiqləyir.
Stansiya növbətçisi qatarın tam tərkibdə gəlməsinə əmin olduqda, sonuncu quyruq vaqonunda siqnal olduğuna görə bunu şəxsən və ya digər işçilərlə təsdiqləyir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Yoldəyişmə postunun növbətçisi və ya mərkəzləşmiş stansiyadakı digər işçilər də bu barədə məlumat verir. Bütün əməliyyatlar texniki-sərəncam aktı və ya qeyri-ümumi dəmir yollarının təlimatlarına uyğun həyata keçirilir. Qatarın tam tərkibdə gəlməsinə avtomatik nəzarət qurğuları olduqda, stansiya növbətçisi qurğuların idarəetmə aparatına əsaslanaraq əmin olur. Buna əsasən gəlmə bloklama siqnalı avtomatik verilə bilər.
Qatarın öz-özünə tormozlanması hallarında, maşinist radiorabitə vasitəsilə stansiya növbətçisinə məlumat verir.
