Giriş, marşrut və ya çıxış işıqforları açıldıqdan sonra marşrutu dəyişmək və ya qatarın göndərilməsini ləngitmək zərurəti yarandıqda, qatar dispetçeri müvafiq işıqforu bağlayaraq və bu haqda qatarın maşinistinə bildirdikdən sonra qatarın giriş işıqforunda və ya göndərilmə dəmir yolunda dayandığına əmin olduqda yeni marşrut hazırlaya və işıqforu ikinci dəfə aça bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Yarımavtomatik bloklama sahələrində göndərilən, həmçinin qarşı istiqamətdən hərəkət edən qatarın göndərilməsinin ləngidilməsi zərurəti yarandıqda, mənzili məhdudlaşdıran stansiyalar, stansiyaların ehtiyat idarəetmə rejiminə verilməsi zamanı qatarların qəbulu və göndərilməsi əməliyyatlarının yerinə yetirilməsi həvalə edilən stansiya işçiləri növbəyə daxil olarkən yerli idarəetməyə keçirilir. Belə hallarda qatarların göndərilməsi əməliyyatları müvafiq təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilir. Təsərrüfat qatarlarının mənzildə işləməsi və sonradan qonşu stansiyaya qəbul edilməsi, həmçinin qatarların mənzil boyu itələyici lokomotivlərlə göndərilməsi çıxış işıqforunun icazəverici göstəricisi ilə yerinə yetirilir. Təsərrüfat qatarının geriyə qayıtmaqla və ya qatarın itələyici lokomotivinin göndərilmə stansiyasına geriyə qayıtmaqla mənzilə göndərilməsi mənzildən geriyə qayıtmağa əsas verən jezl-açar iş rəhbərinə və ya itələyici lokomotivin maşinistinə verilməklə müəyyən tələblərə uyğun olaraq yerinə yetirilir. Avtomatik bloklama sahələrində göndərilmə stansiyalarında, yarımavtomatik bloklama sahələrində isə mənzili məhdudlaşdıran stansiyalarda qatarların qəbulu və göndərilməsi əməliyyatlarının yerinə yetirilməsi həvalə edilən stansiya işçiləri növbəyə daxil olarkən ehtiyat idarəetməyə keçirilir.