Mənzil faktiki boş olduqda, lakin aparat göstəricisi onun tutulduğunu göstərdikdə hərəkət xüsusi qaydalarla icra edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

İstiqamət dəyişikliyi yalnız qatar dispetçerinin əmri ilə mümkündür. Mənzilin boşluğu əvvəlcədən təsdiqlənməlidir. İstiqamət dəyişdirilməsi köməkçi rejimdə aparılır. Stansiya növbətçiləri göstərişləri icra edir. Plombların çıxarılması barədə qeyd aparılır.