Podratçı tikinti işlərinin həyata keçirilməsi ilə bağlı ona təqdim olunmuş sənədləri ilkin olaraq yoxlayır, sənədlərdə aşkar edilmiş qüsurların siyahısını sifarişçiyə təqdim edir və onların aradan qaldırılmasına nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Eyni zamanda podratçı yeni texnoloji üsulların və avadanlığın tətbiq edilməsi zərurətini, tikinti layihəsi ilə nəzərdə tutulmuş materialların, məmulat və avadanlığın əldə olunması imkanını müəyyənləşdirərək, habelə tikinti meydançasını elektrik enerjisi, su, istilik və buxarla təmin etmək üçün tikinti layihəsində göstərilmiş müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) faktiki yerləşmə nöqtələrinin və xarici mühəndis-texniki təminat şəbəkələrinə qoşulma şərtlərinin uyğunluğunu nəzərdən keçirərək, layihənin həyata keçirilməsi mümkünlüyünü yoxlayır.