
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb.
Hərəkətdə olan “Ford Transit” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
