Qatar dispetçeri qatarın stansiyaya qəbulundan əvvəl idarəetmə aparatının indikasiyasına əsasən qəbul yolunun və yoldəyişən sahələrinin boş olduğuna əmin olub, qəbul marşrutunu hazırlayır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Marşrutların əvvəlcədən hazırlanmasına imkan verən dispetçer mərkəzləşməsi qurğuları ilə təchiz edilmiş sahələrdə qəbul marşrutu dəmir yolları və yoldəyişən sahələri tutulu olduqda da icra edilə bilər, özügedən xüsusi hərəkət tərkibi ilə tutulu olduğu hallar istisna olmaqla. Yoldəyişənlərin faktiki çevrilməsi və giriş işıqforunun açılması idarəetmə aparatının müvafiq indikasiyası üzrə yoxlanılır. Qatar göndərilməzdən əvvəl qatar dispetçeri göndərilmə marşrutuna daxil olan izolyasiya edilmiş sahələrin, mənzilin, avtomatik bloklamada birinci uzaqlaşma sahəsinin boş olduğuna və hərəkətin müvafiq istiqamətə qoyulduğuna əmin olduqdan sonra göndərilmə marşrutunu hazırlayır. Göndərilmə marşrutunun hazırlanması yoldəyişən sahələri tutulu olduqda da icra edilə bilər, özügedən xüsusi hərəkət tərkibi ilə tutulu olduğu hallar istisna olmaqla. Yoldəyişənlərin faktiki çevrilməsi və çıxış işıqforunun açılması müvafiq idarəetmə aparatlarının indikasiyası ilə yoxlanılır.​